Ermənistan polisi Kirantsda xüsusi əməliyyat keçirir – Video – Yenilənib

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən sakinlər yolu bağlayıblar.

“Qafqazinfo” “NEWS.am”a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan polislər 31 etirazçını saxlayıb.

Sözügedən şəxslər “polisin qanuni tələblərinə itaət etməmək” maddəsi üzrə saxlanılıblar.

Hazırda Ermənistan polisinin Kirantsda xüsusi əməliyyat keçirdiyi bildirilir. Polis İcevandan Kirantsa gedən yolu bağlayıb. Bununla yanaşı, jurnalistlərin kəndə girişinə qadağa qoyulub.

Ermənistan Daxili İşlər Nazirliyi Kirantsa çox sayda polis qüvvələrinin göndərilməsinə münasibət bildirib. Qeyd olunub ki, buna səbəb bu gün sözügedən kənddə minatəmizləmə işlərinin həyata keçirilməsidir: “Asayiş keşikçiləri mülki vətəndaşların minalardan təmizlənən zonaya daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün oraya göndərilib”.

***

“Sputnik Ermənistan”ın məlumatına görə, aksiyada saxlanılan şəxslər sərbəst buraxılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt