Bakıda DƏHŞƏTLİ QƏTL: 24 yaşlı oğlan sevdiyi qızı öldürdü

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Məcra.az APA-ya istinadən xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qadının meyiti morqa təhvil verilib. Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

***

Aprelin 20-si səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O, xəstəxanya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt