“Labirintdən çıxış”: Regional ekspertlər şəbəkəsi yaradıldı

XƏBƏR XƏTTİ
Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•

Azərbaycanda “Labirintdən çıxış” gender əsaslı zorakılıqla mübarizə üzrə Regional Ekspertlər Şəbəkəsi yaradılıb. 

“Təmiz dünya”  Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın təşəbbüsü ilə yaradılan şəbəkənin ilk görüşü keçirilib.

Şəbəkənin fəxri üzvü Novella Cəfəroğlunun xeyir- duası ilə başlayan iclasda şəbəkə üzvlərin təqdimatı, Şəbəkənin məramı və niyyəti müzakirə edilib. Şəbəkə əlaqələndircisi kimi onun yaranmasının təşəbbüskarı olan Mehriban Zeynalova seçilib.

Hazırda Şəbəkə  Gəncə, Sumqayıt, Quba, Qazax, Massalı, Yardımlı, Xocalı, Göyçay, Fizuli, Cəlilabad və digər rayonları əhatə edir. Şəbəkə üzvləri arasında QHT-lərlə yanaşı, ictimai fəallar və mətbuat nümayəndələri də var.

Şəbəkə öz sıralarını digər rayon təmsilçilərini çəlb etməklə genişləndirmək niyyətindədir. Adından bəlli olduğu kimi, Şəbəkə ölkə qanunları çərçivəsində gender əsaslı zorakılığın bütün formaları ilə bağlı mübarizədə fəaliyyət göstərəcək.

Şəbəkə qarşısına regionlarda gender əsaslı zorakılıq qurbanlarının aşkarlanması, onların xidmət paketlərinə istiqamətləndirilməsi, regionda bu sahədə mövcud vəziyyəti qiymətləndirmək məqsədilə ictimai dinlərmələrin təşkili, əldə edilən nəticələrlə bağlı səlahiyyətli qurumlara təkliflərin göndərilməsi məqsədini  qoyub.

Şəbəkə heç bir layihə çərçivəsində fəaliyyət göstərmir və Şəbəkənin işində iştirak könüllüdür. Şəbəkənin sıralarının genişləndirilməsi nəzərdə tululur.

Yaxın zamanda Şəbəkənin növbəti iclası keçiriləcək və konkret məsələlər müzakirə olunacaq.

“Cebhe.info”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt