Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. İki qardaş ölkənin inkişafında hazırkı ən yüksək mərhələ dünyanı heyrətə gətirir. Fevralın 19-da Prezident İlham Əliyev qardaş Türkiyəyə rəsmi səfərində vurğulanıb ki, Qarabağ savaşında Türkiyə əvvəldən sonadək hər zaman bizim yanımızda olub. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 ilə yaxın işğal altında qalmış qədim Şuşa şəhərinə səfəri və orda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Şuşa Bəyannaməsini imzalanması dünyaya bir daha hayqırdı ki, iki qardaş dövlət hər zaman bir-birinin arxasındadır. Artıq Cənubi Qafqazda yeni geosiyasi güclər formalaşır. Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bölgədəki mövqeyi xeyli güclənmiş, nüfuzu artıb. Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Türkiyə ilə Azərbaycanın gələcək çoxşaxəli əməkdaşlığının yol xəritəsidir.
Bəyannamə Azərbaycan-Türkiyə əməkdaşlığının bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir və bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığı əks etdirir. Şuşa Bəyannaməsi iqtisadi müstəvidə perspektiv sahələrdə birgə əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açır. dir. Sənəddə həmçinin qarşılıqlı investisiya mübadiləsinin inkişaf etdirilməsi istiqamətində müddəalar yer alır. Bu isə iki dövlət arasında ticarət dövriyyəsinin daha da artmasında mühüm rol oynayacaq. Nəticə etibarı ilə, Şuşa Bəyannaməsi regionun gələcək inkişafının mühüm təməli kimi qiymətləndirilməlidir
Bu iki dövlətin dini, dili, mədəniyyəti, adət-ənənəsi, dünyaya baxışı eynidir. Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir. Bizim qardaşlığımızı gözü götürməyən mənfur düşmənlər zaman-zaman bizi bir-birimizlə savaşdırmağa küskün salmağa çalışsalar da, buna nail ola bilməmişlər. Çünki bizim dostluğumuz heç bir marağa, mənafeyə söykənmir. Bizim qardaşlığımız milli maraqlar üzərində qurulub.
Səfər çərçivəsində təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
Prezidentlərin mətbuata bəyanatları dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
Əlövsət Qarayev,
“Aqrolizinq” ASC-nin regional nümayəndəsi