Cəlilabadda iki ailə arasında torpaq davası: 4 nəfər yaralandı

XƏBƏR XƏTTİ
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•Lerikdə zəlzələ oldu•İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım•Tovuzda iki məktəblini maşın vurdu•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•Lerikdə zəlzələ oldu•İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım•Tovuzda iki məktəblini maşın vurdu•

Cəlilabad rayonunda iki ailə arasında torpaq mübahisəsi olub.

Məcra.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.

İki ailə arasında torpaq sahəsinə görə yaranan mübahisə daha sonra davaya çevrilib.

Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif xəsarətlər alıb. Onlar rayon xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt