Daşkəsəndə dəhşət: otlaq sahəsinə görə kirvəsini öldürdü-YENİLƏNİB

XƏBƏR XƏTTİ
İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•

Daşkəsəndə baş verən qətlin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, Qabaqtəpə kənd sakinləri Məmməd Əmrahov  və Elnur Quliyev kirvəlikdən əlavə həm də qonşu olublar. Ə. Məmmədin heyvanlarını Q. Elnurun otlaq sahəsində otarması aralarında münaqişəyə səbəb olub. Tərəflər bir- birini təhqir edib, nəticədə Q. Elnur Ə. Məmmədi bıçaqlayaraq öldürüb.
***

14:26

Avqustun 16-da saat 12:30-da Daşkəsən rayonu Qabaqtəpə kəndində 54 yaşlı Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt