“Hadisə yerinə gedəndə artıq orda yox idi…”-“Nikosayağı”nın atası…

XƏBƏR XƏTTİ
Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası açıqlama verib.

Lent.az-a açıqlamasında atası Nafiz Mütəllimov Nicatın narkozdan ayıldığını və hazırda reanimasiya olduğunu bildirib:

“Nicat qəzaya uğramasını gecə saat 2-3 radələrində eşitdik. Heydər Əliyev prospektində baş verib qəza. Hadisə yerinə gedəndə artıq orda yox idi. Gəldik xəstəxanaya dedilər ki, Nicatın qolu dirsəkdən aşağı amputasiya olunub.

Mən özüm də həkiməm, amma yanına buraxmırlar. Narkozdan ayılıb”.

Atası Nicat Şakirlinin bu gün reanimasiya qalacağını deyib:

“Deyirlər ki, bu gün reanimasiya qalacaq. Amma narkozdan ayılıb. Qənaetbəxşdir vəziyyəti.

Məndə olan məlumata görə, aeroport yolundan şəhərə qayıdırmışlar”.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt