Süni nəfəs aparatına qoşulan Səbuhi Məmmədlinin vəziyyəti ağır qiymətləndirilir

XƏBƏR XƏTTİ
Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•

Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Lent.az xəbər verir ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.

APA Media Group jurnalist Səbuhi Məmmədlinin durumu ilə bağlı vəziyyəti yaxından izləyir və diqqətdə saxlayır.

Kollektivimiz S.Məmmədliyə şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzu edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt