Deputat: “Minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir…”

XƏBƏR XƏTTİ
Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•

 

Məcra.az xəbər verir ki, deputat Fazil Mustafa zərərli qidalarla bağlı həyəcan təbili çalıb:

“Tailandda 6 əmələ görə edam cəzası nəzərdə tutulub. Birinci sırada qida məhsullsrına ağır xəstəliyə səbəb olacaq qatqılar vurmaqla vətəndaşların sağlamlığının pozulmasıdır. Bizdə sürətlə artan onkoloji və başqa xəstəliklərin əsas səbəbi budur.

Minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir. İkinci kateqoriyada edam hökmü saxta dərman istehsalı və satışı üçün müəyyənləşib. Sonra narkotika, ardınca yetkinlik yaşına çatmamış qıza təcavüz və xüsusi amansızlıqıa qəsdən adam öldürmə kimi cinayətlər gəlir.

Demək ki, bizdən fərqli olaraq Tailandda əhalini kütləvi zəhərləməyə yönəlik əməllərə qarşı daha sərt davranırlar. Təbii yağa palma yağı qatanlar, çörəyin tərkibinə hər cür zirzibil dolduranlar, dərmanların tərkibini dəyişib keyfiyyətini azaldanlar heç də hər məmləkətdə şad-xürrəm yaşamırlar”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt