“Onların toy günü-30 iyun sədaqət, sevgililər günü kimi qeyd olunur…”

XƏBƏR XƏTTİ
Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•

Xəbər verdiyimiz kimi 30 iyun 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü 2004-cü ildən hər il Azərbaycanda qeyri-formal olaraq “Sevgililər Günü” kimi qeyd olunur. 

İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev Adalet.az-ın əməkdaşıyla söhbəti zamanı illərdir ki, bu günün rəsmiləşdirilməsini arzuladığını və bir çox ictimai xadimlərin bununla bağlı ölkə başçısına müraciət də etdiklərini bildirib:

“Buna görə xalqımıza təşəkkür edirəm. İlham və Fərizə müstəqillik şəhidləridir. Onların toy günü-30 iyun sədaqət, sevgililər günü kimi qeyd olunur. Ailə quran cütlüklər Şəhidlər Xiyabanına gedərək onların məzarlarını ziyarət edirlər. İllərdir arzulayıram ki, 30 iyun rəsmiyyətə keçsin. Onda mən də rahat olaram”.

Qeyd edək ki, 30 iyun İlham və Fərizənin toy günüdür. İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 Yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu həsrətə dözməyən Fərizə də zəhər içərək özünü öldürür. Onların sevgi dastanı bu gün Azərbaycanda dillər əzbəridir. 30 iyun İlham və Fərizənin toy günü 2004-cü ildən qeyri-formal olaraq Azərbaycanda “Sevgililər Günü” kimi qeyd olunur.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt