Şəhid Kamran İsgəndərlinin mövlud günündə bulağının açılışı oldu-FOTOLAR

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Xəbər verdiyimiz kimi bu gün Vətən müharibəsi şəhidi Kamran Yaşar oğlu İsgəndərlinin mövlud günündə “Şəhid bulağı”nın açılışı olub.

Məcra.az Adalet.az-a istinadən  xəbər verir ki, tədbir şəhidin doğulub boya-başa çatdığı Cəlilabad rayonunda baş tutub. Tədbirdə əməkdaşımız da iştirak edib.

Tədbirdə şəhid ailələri, qazilər, rayon rəsmiləri və sakinləri iştirak ediblər. Şəhid Kamran İsgəndərlinin valideynləri və bacıları çıxışları zamanı bu gün onları tək qoymayan bütün insanlara öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, İsgəndərli Kamran Yaşar oğlu 1997-ci il iyunun 29-da Cəlilabad rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Kamran İsgəndərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Kamran 21 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.

Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt