Yaralı hərbçimizin qisası alındı-4 separatçı məhv edildi

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Qarabağda qeyri-qanuni erməni silahlı dəstəsinin 4 üzvü məhv edilib.

 

Məcra.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Ordusu separatçı dəstələrin mövqelərinə cavab zərbələri endirib. Nəticədə 4 təxribatçı məhv edilib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı.

 

Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

 

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. (Modern.az)

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt