Rusiyada içkidən zəhərlənib ölənlərə görə azərbaycanlı biznesmen bəhs edildi – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

Ulyanovsk məhkəməsi surroqat sidr istehsalında ittiham olunan samaralı iş adamını iki ay müddətinə həbs edib.

Lent.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

O,  2023-cü il avqustun 4-nə qədər həbsdə olacaq.

Surroqat sidr istehsalında şübhəli bilinən iş adamı Ulyanovsk məhkəməsində barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən iclasda özünü təqsirli bilməyib.

Xatırladaq ki, Samara vilayətindən olan iş adamı Anar Afət oğlu Hüseynov saxta “Mister sidr” içkisindən zəhərlənmə işi ilə bağlı iyunun 5-də saxlanılıb. Ulyanovsk vilayətində həmin içkidən 51 nəfər zəhərlənib, onlardan 20-si dünyasını dəyişib.

Vilayət Səhiyyə Nazirliyi hazırda xəstəxanalarda 31 xəstənin həkim nəzarətində olduğunu bildirib.

Rusiyanın bir neçə regionunun sakinlərinin zəhərlənməsi, o cümlədən ölümcül nəticələr barədə bir gün əvvəl məlum olub. Əksər hallar Samarada istehsal olunan “Mister sidr” adlı spirt tərkibli içkinin istifadəsi ilə bağlıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt