“Bizim təsəlli yerimiz odur ki, övladlarımızın adı…”-Şəhid əsgərimizin atası minnətdarlıq etdi

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Xəbər verdiyimiz kimi Cəlilabad rayonunda küçələrdən biri Vətən müharibəsi şəhidi əsgər Qadir Ədalət oğlu Əsgərovun adına verilib. 

Məcra.az xəbər verir ki,  şəhidimizin atası Ədalət Heydərov bu diqqət və qayğıya görə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova öz minnətdarlığını bildirib:

“Allah bu işdə əməyi keçən hər kəsdən razı olsun. Cəlilabad rayon rəhbərliyi  müsbət addım atıb. Mən şəhidlərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkür edirəm. Bizim təsəlli yerimiz odur ki, övladlarımızın adı əbədiləşdirilsin, onlar daim xatırlansın”.

 

Onu da qeyd edək ki, Vətən müharibəsindən sonra Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri Şəhriyar Əsgərovun, Tofiq Əmirlinin, Elçin İsmayılovun, İsa Kəlbiyevin adına küçə adları verilib.

 

Xatırladaq ki, Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabadın Əsədli kəndində anadan olub. Ailəsiylə Bakıda Mehdiabad qəsəbəsində yaşayıb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarıyla və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib.  (Adalet.az)

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt