“Bu gün məktəblərdə genişzolaqlı fiberoptik internetə çıxış imkanına əhatə dairəsi genişlənir”.
Mecra.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılışı mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, məktəblərin 63 faizi, şagirdlərin 88 faizinin genişzolaqlı fiberoptik internetə çıxışı var:
“Hazırda məktəblərdə 6 şagirdə bir kompüter düşür. Əsas hədəf hər şagirdə bir kompüter düşməsidir. Əvvəllər 1062 şagirdə bir kompüter düşürdü. Bugünkü vəziyyət dövlətin qayğısının bariz nümunəsidir”. (Oxu.az).





























