Bəs onda niyə mənə “Qubadlının azad olunmasına görə” medalını vermisiniz?- ŞİKAYƏT

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

“2020-ci il noyabrın 5-də Ağcabədi rayonundakı N saylı hərbi hissəyə göndərilmişəm. Ordan da Qubadlıya getmişəm. Biz Qubadlıda olanda Vətən müharibəsi dayandı, yəni düşmən məğlub olub, kapitulyasiya aktı imzaladı. Bir həftə ermənilərlə üzbəüz mövqedə qalmışıq. Ondan sonra isə Şuşa şəhərinə göndərilmişik”

Bunu Adalet.az-a açıqlamasında Cəlilabad rayon Muğan kənd sakini, Vətən müharibəsi iştirakçısı Babaşov Elməddin İmran oğlu deyib. E.Babaşov dekabr ayına qədər Şuşada qaldıqlarını bildirib:

“Dekabrın 27-nə kimi Şuşada qalmışıq. Topxana meşəsində və Arsenal postunda xidmət etmişəm. Qubadlıda N saylı hərbi hissənin tərkibində olmuşuq. “Qubadlının azad olunmasına görə” medalıyla təltif edilmişəm. Amma mənim hərbi biletimə “Müharibə veteranı” möhürünü vurmurlar. Hərbi biletimin 7-ci səhifəsində döyüş əmri yazılıb, möhür vurulmalıdır. Amma bunu vurmurlar. Mənimlə birlikdə bir neçə hərbçi bundan şikayətçidir. Müdafiə Nazirliyinə də müraciət etmişəm, amma müsbət cavab verməyiblər.

Bəs əgər beləydisə, onda mənə niyə “Qubadlının azad olunmasına görə” medalı veriblər.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt