Əsir hərbçimiz İrəvandan anasına məktub yazdı-FOTO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.

 

Məcra.az xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

 

Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.

 

“Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, – məktubda deyilir.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

 

“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – BQXK-nin yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt