Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
10:13
Xaçmazda iki nəfər yanaraq ölüb.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
09:36
Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində 2 nəfər dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, hadisə rayonun Xanoba kəndində qeydə alınıb.
Yanmış evdən 60 yaşlı Aslan Tarverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Tarıverdiyevanın yanmış meyitləri aşkarlanıb.
Hadisənin səbəbləri araşdırılır.