İcra Hakimiyyətinin vəzifəli şəxsi HƏBS EDİLDİ

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt