Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb.
Son 19 ildə ökəmizdə demokratik inkişafa xüsusi önəm verildiyi, bu istiqamətdə ardıcıl və sistemli addımlar atıldığı beynəlxalq aləmdə də etiraf olunur. 2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və bu istiqamətdə bütün imkanlardan istifadə olundu.
Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır. Dövlətimizin rəhbərinin keçirdiyi saysız-hesabsız görüşlər, verdiyi müsahibələr, xarici ölkələrə səfərləri, təşkil olunan forumlar, beynəlxalq əhəmiyyətli tədbirlər bunun əyani nümunəsidir.
“Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi, siyasi partiya rəhbərləri ilə keçirilən çoxsaylı görüşlər, dialoqların genişləndirilməsinə göstərilən təşəbbüslər məhz ölkədə siyasi mühitin sağlamlaşdırılmasına hesablanmışdır. Göstərilən cəhdlər öz nəticələrini vermiş və ölkənin iqtisadi cəhətdən inkişafına, demokratik təsisatların genişləndirilməsinə, söz, mətbuat azadlığına zəmin yaratmışdır. Ancaq belə bir şəraitdə aqressiv müxalifətin çıxışları, onların böhtan və yalan xarakterli bəyanatları cəmiyyəti narahat etməklə, nifrətlə qarşılanmaqdadır. Əldə etdiklərimizin, qazandıqlarımızın müqabilində bu çıxışlar, bəyanatlar zərrədir. Bu əməllər uğurlarımıza kölgə salmaq, qara yaxmaq cəhdindən başqa bir şey olmasa da, təəssüf doğurur. Uğurla başlayan siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.
İlahə Dadaşova
Cəlilabad rayon Alar kənd
3 saylı tam orta məktəbin direktoru