Bakıda DƏHŞƏTLİ QƏZA: Üç nəfər öldü-Yenilənib

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

Məcra.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci ildə anadan olmuş Allahverdiyeva Məryəm və 1974-cü ildə anadan olmuş Afət adlı şəxs dünyasını dəyişib.

Qəza nəticəsində 2019-cu ildə anadan olmuş Hüseynli Mehdi, 2016-cı ildə anadan olmuş Hüseynli Hüseyn, 1984-cü ildə anadan olmuş Hüseynova Nərminə, və 1989-cu ildə anadan olmuş hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib.

***

19.33

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt