Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Ramin Böyükağa oğlu Əliyevin işdən çıxarılmasını tələb edirlər.
Məcra.az xəbər verir ki, Lent.az-a daxil olan məlumata görə, sakinlər həmin müəllimin dəfələrlə kənddə əxlaqsız hərəkətlər etdiyini, ayrı-ayrı evli qadınlarla münasibətdə olduğunu iddia edirlər. Bu səbəbdən kənd camaatı Ramin Əliyevin məktəbdə müəllim kimi işləməsinin düzgün olmadığını deyirlər.
Məsələni aydınlaşdırmaq üçün Lənkəran-Astara regional təhsil idarəsinə müraciət etdik.
Lənkəran-Astara regional təhsil idarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Alim Əliyev Lent.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Məsələ nəzarətə götürülüb. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”.