Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin 13-14 mart tarixində Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə, Almaniya Kansleri Olaf Şolts və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərdə bir çox məsələlrə münasibət bildirmiş və mühüm mesajlar vermişdir.
Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində işlər aparılır. Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyayavə inteqrasiyasına kömək nəzərdə tutulur.
Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq.
Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində limanların texniki imkanları genişlənməli olacaq. Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur. Əlavə maliyyə vəsaitləri ayrılır ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun.
Ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar.
Nurəli Hüseynov,
Cəlilabad şəhər peşə məktəbi
tədris-istehsalat işləri üzrə direktor müavini