Keçmiş əri tərəfindən bıçaqlanan qadın öldü-YENİLƏNİB

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Züleyxa Şirinovanın bıçaq xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Qeyd edilib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Ruslan Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, R. Şirinov mərhumun keçmiş həyat yoldaşıdır.

***

saat 13.21

Gəncədə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Həkimlərin səyinə baxmayaraq, Züleyxa Şirinovanın həyatını xilas etmək mümkün olmayıb.

***

saat 12.51

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt