Cəlilabaddakı qətl hadisəsinin bəzi təfərrüatı məlum oldu-Vəziyyəti ağır olan ər Bakıya gətirildi

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Məcra.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Elxan Əmanov keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla başını kəsməkdə şübhəli bilinir.

Daha sonra E.Əmanov sirkə turşusu içib və yaxınları onu rayon xəstəxanasına yerləşdirib. Lakin E.Əmanovun vəziyyəti ağır olduğu üçün paytaxt xəstəxanalarından birinə aparılıb.

Məlumata görə, tərəflər arasında əvvəllər bir neçə dəfə münaqişələr olub. O, A.Abbasovanı dəfələrlə döyüb. Həmçinin E.Əmanovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi və buna görə müalicə aldığı bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.”Report.az)

 

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, mərhum Aysel Abbasovanın 5 qız və bir oğlan övladı var.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt