Gədəbəydə ata oğlanlarını bıçaqladı- YENİLƏNİB

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

Gədəbəydə atanın övladlarına bıçaqla xəsarət yetirməsinin təfərruatları məlum olub.

Məcra.az xəbər verir ki, APA-nın yerli bürosunun məlunatına görə, kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.

Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırma aparılır.

***

20.15

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt