Erməni terrorunun qurbanı olan Aysunun adı yeni doğulan bacısına verildi-FOTO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində bu il noyabrın 11-də pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.

Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında Bərdə rayonunun Qarayusifli kəndinə atılan ağır artilleriya atəşi nəticəsində 7 yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olmuşdu. Həmçinin terror hadisəsi nəticəsində Aysunun 3 yaşlı bacısı Tahirə İsgəndərova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt