Çərşənbə, Aprel 22, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Elm və təhsil

ABŞ-nin 12 universitetinə qəbul olan gənc: "İmtahana özüm hazırlaşdım"

22 Aprel, 26 / 14:54
A A
ABŞ-nin 12 universitetinə qəbul olan gənc: "İmtahana özüm hazırlaşdım"

Ötən günlərdə Şəmkir Kimya və Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdi Hüseyn Quliyev Böyük Britaniyanın Mançester Universitetinə qəbul alıb.

Mecra.az xəbər verir ki, AzEdu.az bu münasibətlə Hüseynlə həmsöhbət olub.

O qeyd edib ki, heç bir kursdan universitet müraciəti üçün dəstək almayıb.

“Mən 8-ci sinifdən bəri informatika ilə məşğul oluram və bu sahə artıq mənim əsas maraq və inkişaf istiqamətimə çevrilib. Xüsusilə alqoritmlər, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrinə böyük marağım var. Respublika fənn olimpiadalarında 2 dəfə finala vəsiqə qazanmışam və 1 bürünc medal əldə etmişəm. Bundan əlavə, SAF 2023-də gümüş medal, “VEX Robotics” Respublika turnirində “Energy Award” mükafatı qazanmış, World Robotics Competition və “First Lego League” yarışlarında finalçı olmuşam. Xaricdə təhsil almağı seçməsəydim, Azərbaycanda seçimim ADA Universiteti və Bakı Ali Neft Məktəbi olardı.

Xaricdə təhsil üçün SAT imtahanından 1470 bal, IELTS imtahanından 7.5 nəticə əldə etmişəm. AP proqramı üzrə isə 3 fənnin hər birindən 5 bal toplamışam. Bu müddətdə heç bir kursdan dəstək almamışam. Bütün planımı özüm qurmuş, resursları özüm seçmiş və esselərimi tamamilə özüm yazmışam. Gündəlik 6 saatdan çox bu prosesə vaxt ayırırdım.

Hüseyn ABŞ universitetlərinin 12-dən qəbul alıb:

“Universitet seçimlərim əsasən ABŞ, Böyük Britaniya və Çin istiqamətində olub. Hazırda ABŞ-də 12 universitetdən qəbul almışam. Ən çox qəbul almaq istədiyim universitetlərdən biri Honq Konq Universiteti idi və onun nəticəsini hələ gözləyirəm. Eyni zamanda Böyük Britaniyada yerləşən Mançester Universitetindən qəbul almışam. Bundan əlavə, Avropada yerləşən bəzi universitetlərə də müraciət etmişəm və cavablarını gözləyirəm. Yekun qərarımı bütün nəticələr açıqlanandan sonra verəcəyəm.

Hazırda bakalavr səviyyəsində kompüter elmləri ixtisası üzrə qəbul almışam. Gələcəkdə isə magistr təhsilimi kibertəhlükəsizlik sahəsində davam etdirmək istəyirəm. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Ölkəmdə böyük şirkətlərdə işləyərək qazandığım bilik və təcrübəni tətbiq etmək istəyirəm. Magistr təhsilimi də xaricdə almağı planlaşdırıram, lakin hələlik universiteti dəqiqləşdirməmişəm. Gələcəkdə özümü texnologiya sahəsində, xüsusilə böyük layihələr və innovativ həllər üzərində çalışan mütəxəssis kimi görürəm.

Xaricdə təhsil almaq mənim üçün yeni təcrübə olacaq. İlk dəfə ailəmdən uzaqda qalmaq və fərqli mühitə uyğunlaşmaq bir qədər həyəcanlıdır. Əsas məqsədlərimdən biri Azərbaycanı beynəlxalq mühitdə təmsil etməkdir.

Mançester Universitetində dərsdənkənar fəaliyyətlərə xüsusi diqqət yetirilir. Bu sahədə müəyyən çətinliklər ola bilər, çünki xarici tələbə olaraq uyğunlaşmaq çətin ola bilər. Amma dərslərin Azərbaycandakı proqramlarla oxşar olması uyğunlaşmanı asanlaşdıracaq”.

O qeyd edib ki, qəbul xəbərini ilk dəfə görəndə inanmayıb:

“Gələcəkdə təqaüdlə bağlı dövlət proqramına müraciət etməyi düşünürəm. Daha sonra müxtəlif təqaüd proqramlarına müraciət edəcəyəm. Universitetlərin daxili təqaüdlərindən də maksimum yararlanmaq istəyirəm.

Qəbul xəbərini məşğələdə müəllimimin yanında açmışdım. İlk dəfə görəndə inanmadım və digər universitetləri yoxladığımı düşündüm. Sonra yenidən yoxladım və doğru olduğunu görəndə çox sevindim. Daha sonra müəllimlərimə məlumat verdim.

Xaricdə oxumaq arzum 10-cu sinifdən formalaşıb. Bacım da 10-11-ci sinfi xaricdə oxuduğu üçün mən də bu qərarı verdim. Çünki həm təcrübə, həm də iş imkanları daha genişdir.

Xaricdə təhsil alarkən mühitə tez uyğunlaşa biləcəyəm, çünki çoxlu xarici dostlarım var. Bununla belə, yeni cəmiyyətə uyğunlaşma müəyyən çətinlik yarada bilər. Nə qədər də olsa, fərqli ölkədir”.

O, şagirdlərə tövsiyə edib ki, sadəcə xaricdə oxumaq üçün ixtisas seçməsinlər:

“Mən SAT imtahanını iki dəfə vermişəm. İlk nəticəm istədiyim kimi olmadı və bu, mənə daha çox çalışmalı olduğumu göstərdi. Növbəti imtahana qədər təxminən iki ay vaxtım var idi və bu müddətdə özümü motivasiya etməyə çalışdım. Özümə deyirdim ki, bu mənim əsas çıxış yolumdur. Yəni düşünürdüm ki, ya bu imtahandan istədiyim nəticəni əldə edəcəyəm, ya da arzuladığım universitetə qəbul ola bilməyəcəyəm. Bu səbəbdən özüm üçün ciddi bir rejim qurmuşdum və demək olar ki, hər gün 6-7 saat hazırlaşırdım. Nəticədə isə ikinci imtahan nəticəm çox yaxşı oldu.

Digər abituriyentlərə tövsiyə edirəm ki, maraq göstərdikləri sahəni seçsinlər və ruhdan düşməsinlər. Əgər ilk cəhddə alınmasa, daha yaxşı hazırlaşıb yenidən cəhd edə bilərlər. İmtahanlara hazırlıqda əsasən onlayn resurslardan istifadə etmək daha effektivdir. Bahalı kurslara böyük məbləğ xərcləmək əvəzinə, özün öyrənilə bilən materiallardan istifadə etmək daha faydalıdır.

Xaricdə təhsil almaq istəyi ailəmin təsiri ilə də formalaşıb. Ailəm dəstək versə də, nəticənin mənim üzərimdə olduğunu bildirirdi. Bu da məni daha məsuliyyətli edirdi”.

Əvvəlki yazı

Klinik Tibb Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI

Növbəti yazı

Azərbaycan Ermənistan arasında artıq de-fakto sülh var - Prezident

XƏBƏR LENTİ

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Aprel 22, 2026
9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Aprel 22, 2026
TƏBİB sədri bu direktoru da işdən çıxardı

TƏBİB sədri bu direktoru da işdən çıxardı

Aprel 22, 2026
Azərbaycan Ermənistan arasında artıq de-fakto sülh var - Prezident

Azərbaycan Ermənistan arasında artıq de-fakto sülh var - Prezident

Aprel 22, 2026
ABŞ-nin 12 universitetinə qəbul olan gənc: "İmtahana özüm hazırlaşdım"

ABŞ-nin 12 universitetinə qəbul olan gənc: "İmtahana özüm hazırlaşdım"

Aprel 22, 2026
Klinik Tibb Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI

Klinik Tibb Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI

Aprel 22, 2026
"Yeni Klinika"nın direktoru vəzifəsindən azad edildi

"Yeni Klinika"nın direktoru vəzifəsindən azad edildi

Aprel 22, 2026
İcra baçısı şəhid anası xəstəxanada ziyarət etdi - FOTOLAR

İcra baçısı şəhid anası xəstəxanada ziyarət etdi - FOTOLAR

Aprel 22, 2026
Pirallahıda ağacəkmə aksiyası və elmi-praktik konfrans keçirildi - FOTOLAR

Pirallahıda ağacəkmə aksiyası və elmi-praktik konfrans keçirildi - FOTOLAR

Aprel 22, 2026
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat - FOTO

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat - FOTO

Aprel 22, 2026
Prezident həmkarını qarşıladı - FOTOLAR

Prezident həmkarını qarşıladı - FOTOLAR

Aprel 22, 2026
TƏCİLİ! Prokurorluq İcra Hakimiyyətində araşdırmaya başladı

TƏCİLİ! Prokurorluq İcra Hakimiyyətində araşdırmaya başladı

Aprel 22, 2026
Saleh Məmmədov 1 ilə 176 milyon artıq vəsait xərcləyib - Rəsmi

Saleh Məmmədov 1 ilə 176 milyon artıq vəsait xərcləyib - Rəsmi

Aprel 22, 2026
Allahverdi Bağırovun doğum günüdür

Allahverdi Bağırovun doğum günüdür

Aprel 22, 2026
10 nəfəri öldürən İsanın anası da həbs edildi

10 nəfəri öldürən İsanın anası da həbs edildi

Aprel 22, 2026
BŞTİ-də yeni təyinat - FOTO

BŞTİ-də yeni təyinat - FOTO

Aprel 22, 2026
Bakıda müəllim qəzada həlak oldu - FOTO

Bakıda müəllim qəzada həlak oldu - FOTO

Aprel 22, 2026
Gənclər və İdman Nazirliyində nöqsanlar - 15 milyonluq müəmma

Gənclər və İdman Nazirliyində nöqsanlar - 15 milyonluq müəmma

Aprel 21, 2026
"Şagird spirti termisda gətirib" - Həmin məktəbin direktoru + VİDEO

"Şagird spirti termisda gətirib" - Həmin məktəbin direktoru + VİDEO

Aprel 21, 2026
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində karyera yönümlü görüş keçirildi - FOTOLAR

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində karyera yönümlü görüş keçirildi - FOTOLAR

Aprel 21, 2026
Rafiq Cəlilov bir qrup şəhid atası ilə görüşdü - FOTOLAR

Rafiq Cəlilov bir qrup şəhid atası ilə görüşdü - FOTOLAR

Aprel 21, 2026
"Son zəng" bu tarixdə keçiriləcək

"Son zəng" bu tarixdə keçiriləcək

Aprel 21, 2026
Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% faiz cərimə - Avtosığortada yeni qaydalar

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% faiz cərimə - Avtosığortada yeni qaydalar

Aprel 21, 2026
3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

Aprel 21, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman

Aprel 21, 2026
Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı tələb

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı tələb

Aprel 21, 2026
Sabah hava necə olacaq?

Sabahın havası açıqlandı

Aprel 21, 2026
Cəlilabadda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO

Cəlilabadda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO

Aprel 21, 2026
Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

Aprel 21, 2026
TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

Aprel 21, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.