Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərov bir qrup şəhid atasıyla çay süfrəsi ətrafında görüşüb.
Mecra.az xəbər verir ki, görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirilib.
Həmçinin qeyd etmişdir ki, müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da daim əziz tutulur. Çay süfrəsi ətrafında keçən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov şəhid ataları ilə səmimi söhbətlər aparıb. Rayon rəhbəri şəhid ailələrinin qayğı və problemlərin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış, mövcud problemlər müzakirə olunub. Eyni zamanda şəhid valideyinləri qəhrəman şəhid övladları ilə bağlı xatirələrini bölüşüblər.
Şəhid ataları onlara daim qayğı ilə yanaşan Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.








































