Çərşənbə axşamı, Aprel 21, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% faiz cərimə - Avtosığortada yeni qaydalar

21 Aprel, 26 / 17:12
A A
Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% faiz cərimə - Avtosığortada yeni qaydalar

Sığortalıların sığorta tarixçəsi üzrə mövcud “Bonus-Malus” sisteminə dəyişikliklər təsdiqlənib.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, “Bonus-Malus” sistemi sürücülərin sığorta tarixçəsinə əsaslanaraq, onların risk səviyyəsini qiymətləndirən və bu qiymətləndirməyə uyğun olaraq sığorta haqlarına güzəşt və ya əlavələrin tətbiq olunmasını nəzərdə tutan mexanizmdir.

“Təsdiq olunmuş dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Əvvəlki mexanizmdə mövcud olan “Bonus-Malus” sinifləri, eləcə də qəza və ya qəzasızlıq halında bu siniflər arasında keçidlərin əvəzinə daha sadə və anlaşılan yanaşma tətbiq olunacaq.

Belə ki, əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaq. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunur.

Bununla yanaşı, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq. Bu yanaşmanın məqsədi üçüncü şəxslərə zərərvurma ehtimalı ən yüksək olan şəxslərə münasibətdə intizamlı yanaşmanı gücləndirməkdir. Eyni zamanda, yeni dəyişikliklərə əsasən, qəza halında sığorta haqqına əlavələrin tətbiqi sığorta müqaviləsini bağlayan tərəfə deyil, üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxsə tətbiq olunacaq.

Hüquqi şəxslərə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunmayacaq. Bununla belə, hüquqi şəxslərin nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta haqlarına isə əlavə tətbiq olunacaq. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə Sığorta Tarixçəsi Əmsalının tətbiq olunması dəyişilməz olaraq davam etdiriləcək.

Ümumilikdə, təqdim olunan dəyişikliklərin əsas məqsədi nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin səhhətinə və əmlakına zərərvurma ehtimalına əsaslanan ədalətli, həmçinin risk əsaslı yeni modelin tətbiq olunmasıdır. Təsdiq olunmuş dəyişikliklər dərc edildiyi gündən iki ay sonra qüvvəyə minəcək”, – AMB-nin məlumatında qeyd edilib.

Əvvəlki yazı

3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

Növbəti yazı

"Son zəng" bu tarixdə keçiriləcək

XƏBƏR LENTİ

"Son zəng" bu tarixdə keçiriləcək

"Son zəng" bu tarixdə keçiriləcək

Aprel 21, 2026
Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% faiz cərimə - Avtosığortada yeni qaydalar

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% faiz cərimə - Avtosığortada yeni qaydalar

Aprel 21, 2026
3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

Aprel 21, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman

Aprel 21, 2026
Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı tələb

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı tələb

Aprel 21, 2026
Sabah hava necə olacaq?

Sabahın havası açıqlandı

Aprel 21, 2026
Cəlilabadda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO

Cəlilabadda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO

Aprel 21, 2026
Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

Aprel 21, 2026
TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

Aprel 21, 2026
Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlandı

Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlandı

Aprel 21, 2026
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər olacaq

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər olacaq

Aprel 21, 2026
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Aprel 21, 2026
Cəlilabadda magistral yolda təhlükə yaradan həmin sürücü saxlanıldı - FOTO - VİDEO

Cəlilabadda magistral yolda təhlükə yaradan həmin sürücü saxlanıldı - FOTO - VİDEO

Aprel 20, 2026
Direktorluğa namizədlər bu tarixdə ixtisasdan imtahan verəcək

Direktorluğa namizədlər bu tarixdə ixtisasdan imtahan verəcək

Aprel 20, 2026
"Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib" - 15 yaşlı qızın anası - VİDEO

"Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib" - 15 yaşlı qızın anası - VİDEO

Aprel 20, 2026
Prezident Ərdoğana başsağlığı verdi

Dövlət Gömrük Komitəsinin səlahiyyətləri artırıldı 

Aprel 20, 2026
Cəlilabadda "VAZ" sürücüsü qarşıdan gələnləri təhlükəyə atdı - ÖZBAŞINALIQ - VİDEO

Cəlilabadda "VAZ" sürücüsü qarşıdan gələnləri təhlükəyə atdı - ÖZBAŞINALIQ - VİDEO

Aprel 20, 2026
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Aprel 20, 2026
“Bu, Azərbaycanı həm Şərq, həm də Qərb üçün etibarlı və strateji tərəfdaş kimi təsdiqləyir”

“Bu, Azərbaycanı həm Şərq, həm də Qərb üçün etibarlı və strateji tərəfdaş kimi təsdiqləyir”

Aprel 20, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Masallıda 2100 abonentin qazı kəsiləcək - XƏBƏRDARLIQ

Aprel 20, 2026
Ağdərədə usta faciəvi şəkildə öldü

Ağdərədə usta faciəvi şəkildə öldü

Aprel 20, 2026
Hərbi vəzifəlilər toplanır - FOTOLAR

Hərbi vəzifəlilər toplanır - FOTOLAR

Aprel 20, 2026
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır

Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır

Aprel 20, 2026
Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı

Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı

Aprel 20, 2026
Şimşək, intensiv yağış, dolu - Sabahın havası

Şimşək, intensiv yağış, dolu - Sabahın havası

Aprel 20, 2026
"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

Aprel 20, 2026
Biləsuvarlı məzun 656 bal toplasa da, yenidən imtahan verdi - ADA-da oxumaq istəyir - FOTO

Biləsuvarlı məzun 656 bal toplasa da, yenidən imtahan verdi - ADA-da oxumaq istəyir - FOTO

Aprel 20, 2026
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı - FOTO

Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı - FOTO

Aprel 20, 2026
Bu bazar 9-cuların imtahanı var

Bu bazar 9-cuların imtahanı var

Aprel 20, 2026
Poeziyamızın AĞ SƏSİ

Poeziyamızın AĞ SƏSİ

Aprel 20, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.