Bazar ertəsi, Aprel 20, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

Poeziyamızın AĞ SƏSİ

20 Aprel, 26 / 11:15
A A
Poeziyamızın AĞ SƏSİ

Bu dəfə sizə Qulu müəllimdən danışmaq istəyirəm. Yox, yox, tələsməyin, professor Qulu Məhərrəmlini deyil, əməkdar jurnalist Qulu Zeynalovu nəzərdə tuturam. Onu həm də şair Qulu Ağsəs kimi tanıyırlar. Söhbətim maraqlı olsun deyə, araşdırarkən qarşıma çıxan müxtəlif müsahibələrindən nümunələr də gətirməyə çalışacağam. Həm ədəbi jurnalın baş redaktoru, həm bir şair və həm də bir insan kimi onun haqqnda söyləyəcəyim fikirlərin obyektiv olacağına ümid edirəm…

Deyir ki:- “Əsil şeir odur ki, onu başqa dillərə çevirmək mümükündür. Əgər mən şeiri doğma dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı getdi. Bunu bir dəmiryolu kimi təsəvvür etmək olar. Dil özü bir dəmir yoludu. Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər uzanırsa, şeir də o qədər gedəcək. Əgər şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən şeirlərə əl eləməklə məşğul olacaqlar. Bu gün Azərbaycanda baxıb əl olunası yüzlərlə, minlərlə “poetik” nümünələr yaranır. Onları həqiqətən də əsil şeirdən ayırmaq çox çətindir…”.

1969-cu ildə Ağdamda dünyaya gəlib. İlk şeirini doqquz yaşında yazıb. Amma on bir yaşından mətbuatda çap olunmağa başlayıb. Daha dəqiqi, ilk dəfə Lenin haqqında yazdığı şeir “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata isə 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə təşrif buyurub. İndiyədək şeirləri türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib. Bir neçə kitabın müəllifidir. 2015-ci ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. On ildən çoxdur ki, “Ulduz” jurnalının baş redaktorudur…“Bu gün dünya ədəbiyyatında siyasiləşmə motivlərini hiss etməmək mümkün deyil. Dünya ədəbiyyatı adı ilə bukmeyker kontorları səviyyəsində təbliğatı aparılan, çox asanlıqla bestsellerə çevrilən əsərlər hardansa idarə olunur. Xüsusilə son illərin ədəbiyyat sahəsində verilən “Nobel” mükafatıları birmənalı olaraq siyasi yük daşıyır. Yəni hansısa ölkənin tutduğu mövqeyə görə bu mükafatlar təqdim olunur. Məsələn, insan haqları uğrunda mübarizəyə görə, “Nobel” mükafatı verilimiş azərbaycanlı Şirin İbadiyə bu mükafatın verilməsi İrana olan antipatiyadan irəli gəlir. O qadın “Nobel” mükafatınını əsasnaməsində nəzərdə tutulan heç bir bəndə uyğun gəlmir. Sadəcə, İrandakı insan haqları ilə bağlı problemləri qabartmaq və bununla da beynəlxalq təzyiq göstərmək üçün bu adı İbadiyə veriblər. Mən həmişə demişəm ki, Orxan Pamuka verilən “Nobel” mükafatı ermənilərin və kürdlərin hesabınadır. Pamuk Türkiyədə erməni soyqırımının olduğunu və kürdlərin huquqlarınn pozulması ilə bağlı fikirləri dəstəkləyirdi. Bu dünyanın xoşuna gəldi. Odur ki, ədəbiyyata basqıların olması faktdır. Bilirsinizmi, əvvələr dünyanı ədəbiyyat idarə edirdi, indi isə siyasət idarə edir. Əslində siyasət özü də sözdür. Sanki siyasi söz ədəbi sözdən intiqam alır…”- söyləyir.

Mülahizələri güclüdür, ədəbiyyatın belə siyasiləşməsindən çox narahatdır. Amma ümidlərini itirmir…Deyir ki:- “Bir dəfə belə bir status yazmışdım: “Allah, sən təksən, yoxsa səni təkləyiblər?” Bu gün Allah “təklənib”. Ateizm dəb halına çevrilib. Mən Allahı çox istəyirəm və bizim münasibətimiz qorxu üzərində qurulmayıb. İndi elə dövrdür ki, evdə həyat yoldaşına, işdə müdirinə səsini qaldıra bilməyənlər başlayırlar Allaha “ilişməyə”. Mən istəməzdim ki, insanlar Allahdan qorxsun. O, bizi yaradıbsa, sevib yaradıb. Qorxu özünümüdafiə deməkdir. İnsan itirəcəyi nəsə olanda qorxmağa başlayır. Əgər sənin xəzinən olsa, onun başında ilan kimi yatacaqsan ki, qoruyasan. Amma daxılında bir qara qəpiyin də yoxdursa, onu qorumağa da ehtiyac qalmır. Qorxu da şübhədən yaranır. İnsanın içində həmişə hər şeyə qarşı şübhə olmalıdır. Məsələn, mən İsa Hüseynovun oxucusuyam, İsa Muğannanın yox. Amma yenə də İsa Muğanna kimi yazdığı əsərləri tam şəkildə inkar etmirəm. Məndən bunun səbəbini soruşanda cavab verirəm ki, sabah vəziyyət dəyişə bilər. Həyatda hər şey mümkündür. Mən heç nəyin altından birmənalı şəkildə qol çəkə bilmərəm. Amma bir şeydən adım kimi əminəm. Bir gün “ASAN” Xidmətin qarşısında azərbaycanlılar Marsa bilet almaq üçün dayanacaqlar, amma yenə də növbə mədəniyyəti olmadan…”Bu söylədikləri onun bir ədəbiyyatçı, baş redaktor kimi düşüncələridir. İndi də sizə onun poeziyasından nümunə təqdim etmək istəyirəm. Adsız şeirlərindən birində yazır:“

Bu dünyada

heç kəsə demədim…

O dünyada soruşsalar:

sən kimsən?

-gözümü yumub,

ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam…”

Ümumiyyətlə, onun şeirlərini oxuduqca ənənəvi şərq poeziyası ilə qərb poeziyasının sintezinin şahidi olursan. Bu şeirlərdə həm ənənəvi poeziyaya məxsus lirika, bədii bənzətmə, qafiyələnmə də var, eyni zamanda qərb poeziyasındakı kimi, bütün qəliblərdən kənar sərbəstlik də. Belə poeziya nümunələrinin oxucuları gələcəkdə daha çox olacaqlar. Bir də ki, bü cür şeirləri xarici dillərə çevirmək də asandır. Bu isə əcnəbi oxucuların da poetik zövqünü oxşaması deməkdir…

O ki qaldı onun şəxsi keyfiyyətlərinə, öncə onu deyim ki, hər gələn yeni günə həvəslə və səbirsizliklə başlayır. Sanki enerji və maqnit dinamosudur. Xarizmatikdir və liderlik bacarığı ilə doludur. Heç vaxt naməlum olanı araşdırmaqdan qorxmur. Demək olar ki, impulsiv, inadkar və iradəli insandır. Daxili gücü o qədər çoxdur ki, hər hansı bir problemi dəf etməyə qadirdir. Süstlükdən zəhləsi gedir, ləng hərəkəti xoşlamır. Onunla rəqabətə girmək ağılsızlıqdır. Bu baş verərsə mübarizədən qalib çıxan, o olacaq…Nə isə, düşnürəm ki, Qulu Ağsəs haqqında az da olsa sizə məlumat verə bildim. Bu gün- aprelin 20-si onun doğum günüdür, 57 yaşı tamam olur. Onu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Əvvəlki yazı

"Azərpoçt"un rəhbəri vəzifəsindən getdi - Yeni təyinat - FOTO

Növbəti yazı

Bu bazar 9-cuların imtahanı var

XƏBƏR LENTİ

Ağdərədə usta faciəvi şəkildə öldü

Ağdərədə usta faciəvi şəkildə öldü

Aprel 20, 2026
Hərbi vəzifəlilər toplanır - FOTOLAR

Hərbi vəzifəlilər toplanır - FOTOLAR

Aprel 20, 2026
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır

Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır

Aprel 20, 2026
Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı

Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı

Aprel 20, 2026
Şimşək, intensiv yağış, dolu - Sabahın havası

Şimşək, intensiv yağış, dolu - Sabahın havası

Aprel 20, 2026
"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

Aprel 20, 2026
Biləsuvarlı məzun 656 bal toplasa da, yenidən imtahan verdi - ADA-da oxumaq istəyir - FOTO

Biləsuvarlı məzun 656 bal toplasa da, yenidən imtahan verdi - ADA-da oxumaq istəyir - FOTO

Aprel 20, 2026
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı - FOTO

Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı - FOTO

Aprel 20, 2026
Bu bazar 9-cuların imtahanı var

Bu bazar 9-cuların imtahanı var

Aprel 20, 2026
Poeziyamızın AĞ SƏSİ

Poeziyamızın AĞ SƏSİ

Aprel 20, 2026
"Azərpoçt"un rəhbəri vəzifəsindən getdi - Yeni təyinat - FOTO

"Azərpoçt"un rəhbəri vəzifəsindən getdi - Yeni təyinat - FOTO

Aprel 20, 2026
Azərbaycanda əhali qazancının neçə faizini ərxağa xərcləyir?

Azərbaycanda əhali qazancının neçə faizini ərxağa xərcləyir?

Aprel 20, 2026
Füzulidəki qəzada ölən hərbçilərin fotosu

Füzulidəki qəzada ölən hərbçilərin fotosu

Aprel 20, 2026
Qaxda örüş sahəsi sakinlərin əllərindən alınıb? - Şikayət - VİDEO

Qaxda örüş sahəsi sakinlərin əllərindən alınıb? - Şikayət - VİDEO

Aprel 20, 2026
"Nə var idisə, hamısı məhv oldu..." - Tovuzlu fermerlər fəryad edir - VİDEO

"Nə var idisə, hamısı məhv oldu..." - Tovuzlu fermerlər fəryad edir - VİDEO

Aprel 20, 2026
Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Aprel 20, 2026
"SEPAH" həmin dövlətlərə başqa seçim qoymur" - Politoloq

Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir - Politoloq

Aprel 20, 2026
Biləsuvarda olay: Ordudan tərxis olunan gəncin meyiti tapıldı

Biləsuvarda olay: Ordudan tərxis olunan gəncin meyiti tapıldı

Aprel 19, 2026
Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşdü - Ölən var - VİDEO

Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşdü - Ölən var - VİDEO

Aprel 19, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Güclü yağış yağacaq, temperatur kəskin düşəcək - Xəbərdarlıq

Aprel 19, 2026
Direktor müavini vəfat etdi

Direktor müavini vəfat etdi

Aprel 19, 2026
Cəlilabadda məşhur tarixçinin 70 illik yubileyi keçirildi - FOTOLAR

Cəlilabadda məşhur tarixçinin 70 illik yubileyi keçirildi - FOTOLAR

Aprel 19, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Masallıda ağır qəza: ölən var

Aprel 19, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

Aprel 19, 2026
Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

Aprel 19, 2026
Azərbaycanda həbrçilər qəzaya düşdü - ölənlər var

Azərbaycanda həbrçilər qəzaya düşdü - ölənlər var

Aprel 19, 2026
Bu gün imtahan var

Bu gün imtahan var

Aprel 19, 2026
Zelenski silahlı hücumda ölənlərin sayını açıqladı

Zelenski silahlı hücumda ölənlərin sayını açıqladı

Aprel 18, 2026
Kiyevdə küçədə insanlarla atəş açıldı - Ölənlər var

Kiyevdə küçədə insanlarla atəş açıldı - Ölənlər var

Aprel 18, 2026
Xırdalanda doqquz yaşlı uşağı maşın vurdu

Xırdalanda doqquz yaşlı uşağı maşın vurdu

Aprel 18, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.