Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, “Muğan” Tarixçilər Birliyinin həmsədri və tarixçi-araşdırmaçı Ələsgər Mirzəzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ziyalılar və tələbələr iştirak ediblər. Çıxış edənlər Ələsgər Mirzəzadənin uzun illər ərzində tarix elminin inkişafına verdiyi töhfələrdən, apardığı tədqiqatlardakı fəaliyyətindən və gənc nəslin yetişdirilməsindəki xidmətlərindən bəhs ediblər.
Yubilyara gələcək fəaliyyətində uğurlar arzulanıb, onun elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.





































