Ağdamda bədbəxt hadisə nəticəsində 25 yaşlı gənc oğlan həyatını itirib.
Mecra.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaq əzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb (Qafqazinfo).






























