İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il ötür və bu müddət ərzində azad olunmuş ərazilərdə çox böyük işlər görülüb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. Oktyabrın 21-də Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilan Hava Limanı istifadəyə verildi.
Zəngilan Hava Limanın açılmasının siyasi və iqtisadi əhəmiyyəti böyükdür. Bundan əlavə, həmin ərazilər faktiki olaraq turizm zonasıdır. Havala limanlarının istismara verilməsi, əhalinin azad olunmuş ərazilərə qayıtması regionda turizm infrastruktunun yaradılmasına və inkişafına təklan verəcək.
Xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsidir. Mətbuata verdikləri bəyanatlarda hər iki dövlət başçısı bildirdi ki, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Bu konturları şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar əvvəla Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha qətiyyətlə aparmaqla bağlı dünyaya verdiyi mesajdır.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı.Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Zəngilan Hava Limanın açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Şuşa şəhərində konculluq binasının açılacağını bildirdi. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.
Səbinə İsmayılova,
ADPU Cəlilabad filialının kafedrasında baş müəllim