İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib Baş Sərkərdə kimi İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu.
Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədənbölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləriqısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.
Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır.
Şuşa Bəyannaməsində iki dövlət arasındakı əməkdaşlığın demək olar ki, bütün sahələrdə dərinləşdirilməsi nəzərdə tutulur. Bunun üçün də müəyyən vaxt çərçivəsində intensiv hazırlıqların aparılması tələb edilir. Bəyannamədə türk dünyasının inteqrasiyası, güclənməsi, türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi yönündə Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ilə bağlı çox önəmli, geosiyasi çəkisi çox böyük olan məqamlar da var. Məsələn, orada malların sərbəst dövriyyəsi məqamı yer alıb ki, istehsalatda önəmli dəyişikliklər olmadan bu, bir sıra problemlərə yol aça bilər.
Ofeliya Qəhrəmanova,
Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru