“Rusiya iki fəlakət ssenarisini həyata keçirməyə çalışır…”-Zelenski

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Rusiya iki fəlakət ssenarisini həyata keçirməyə çalışır.

 

Məcra.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Planlardan birincisi odur ki, oktyabrın 10-dan Ukraynanın infrastrukturunu hədəfə alan düşmən qışın ortasında milyonlarla insanımızı işıqsız, susuz və ac buraxmaq istəyir. Beləliklə, Moskva düşünür ki, Avropa ölkələrini yeni böyük miqrasiya ilə üz-üzə qoyaraq Qərbin Ukraynaya dəstəyini dayandıracaq.

Düşmənin ikinci planı isə daha fəlakətlidir. Xerson vilayətində ilişib qalan Rusiya ordusu Dnepr çayı üzərindəki “Kaxovski” su anbarını partlatmağı planlaşdırır. Əgər bu baş verərsə, bütün Xerson vilayəti su altında qalmış olacaq. Ruslar bu planlarını həyata keçirsələr, kütləvi qırğın silahlarından istifadə etməkdən daha böyük bir faciəyə imza atmış olacaqlar. Bunu soyqırım adlandırmaq daha məqsədəuyğun olardı”, – Zelenski bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt