Alim Qasımovun eks-kürəkəni Ali Məhkəməyə çıxarılır-Ona verilən cəzadan razı deyil-FOTO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən keçmiş kürəkəni Elnur Mövlamov ona verilən cəza ilə razı deyil.

 

 

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Elnur Mövlamov bununla bağlı Ali Məhkəməyə şikayət edib. O, ona verilən ittihamla razılaşmadığını və azadlığa buraxılmasını istəyir. İşə sabah Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elnur Mövlamov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə soyğunçuluq və dələduzluqda təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini 8 ilə endirib.

İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev tanınıb. Tamilla Aslanovaya dəymiş ziyanın miqdarı 51 620 manat olub.

F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt