İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında – FOTO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan edib.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

***
Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib.

İclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasına sədrliyin Qırğızıstana keçdiyini bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mir” Teleradio Şurasının sədri Radik Batırşini MDB-nin diplomu ilə təltif edib.

İclasda MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırılıb. MDB İcraiyyə Komitəsinin sədri–icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçilib.

Daha sonra sənədlər imzalanıb. Bununla da Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başa çatıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt