“İki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsində belə bir qeyd olmalıdır…”

““Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” qeydini Bakı və İrəvan arasında gələcək sülh müqaviləsinə daxil etmək lazım deyil”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Düşünmürəm ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsində belə bir qeyd olmalıdır”, – deyə Simonyan qeyd edib.

Onun sözlərinə görə, bu, mümkün sülh müqaviləsini heç edə bilər.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanın sözügedən sülh müqaviləsini ilin sonuna qədər imzalamağı planlaşdırdığını deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin oktyabrın 6-da Praqada Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin dəvəti ilə görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

“Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və sərhəd komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək.

Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına köməklik göstərmək üçün Ermənistan arasında razılaşma var idi. Azərbaycan bu missiya ilə bağlı olduğu qədər əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında maksimum iki ay müddətinə başlayacaq. Bu missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir” – Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.

PAGE TOP