Valideynlərdən pul tələb müəllimə şiddətli töhmət VERİLDİ

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etdiyi üçün şiddətli töhmət verilib.

Məcra.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindənOxu.Az–ın sorğusuna cavab olaraq bildirilib ki, idarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək Müəllimlər günü münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub:

“Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaratmışdır.

Müəllimlərin etik davranış qaydalarını və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt