Bu milyarderlər Rusiya vətəndaşlığından imtina edir – SİYAHI

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Rusiyanın zəngin insanları siyahısında ilk “15-lik”də yer alan Yuri Milner Rusiya vətəndaşlığından çıxdığını bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, reytinqin keçmiş və indiki iştirakçıları arasında son aylarda Rusiya vətəndaşlığından imtina edən üçüncü iş adamıdır.

Yuri Milner özünün və ailəsinin Rusiya vətəndaşlığından imtina etdiyini Tvitter hesabında yazıb. Onun sözlərinə görə, onlar 2014-cü ildə Rusiyanı tərk edib və bu yay vətəndaşlıqdan çıxmaq prosesini rəsmən başa çatdırıblar. Milnerin nümayəndəsi bu məlumatı Forbes-ə təsdiqləyib.

Milner bu il Rusiyanın Forbes reytinqində 15-ci yeri tutmuşdu. Onun sərvəti 7,3 milyard dollar olaraq qiymətləndirilib. Milyarder hələ 1999-cu ildə İsrail vətəndaşlığını alıb və ABŞ-a köçənə qədər bir neçə il bu ölkədə yaşayıb.

Xatırladaq ki, yayda daha bir milyarder, “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov Rusiya vətəndaşlığından imtina etdiyini açıqlamışdı. 10 ildən artıqdır ki, iş adamı Qazaxıstanda yaşayır və bu il həmin ölkədən pasport alıb. Qazaxıstan ikili vətəndaşlığa icazə vermir, ona görə də Turlov həm Rusiya pasportundan, həm də Karib dənizindəki Sent Kitts və Nevis ştatının pasportundan imtina etməli olub. Forbes 2022-ci ildə Turlovun sərvətini 2,4 milyard dollar qiymətləndirib.

Sentyabrda isə İrəvan əsilli biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb. O, bunu qondarma “Dağlıq Qarabağ Respublikasın”a  köçmək qərarı ilə izah edib. 2021-ci ildə Forbes Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirib.

Qeyd edək ki, milyarderlərin bu addımı öz sərvətlərini qorumaq məqsədi güdür. Məsələ burasındadır ki, Ukrayna müharibəsi fonunda Qərb rusiyalı milyarderlərə də ciddi sanksiyalar tətbiq edir, onların xarici banklardakı vəsaitləri dondurulur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt