Lənkərandakı əməliyyatla bağlı Taleh Qaraşov Bakıya çağırıldı

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Lənkəranda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən biri İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Elgün Abdullayevlə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb.

Məcra.az Modern.az-a istinadən xəbər verir ki, icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir.

İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hələlik açıqlama verilməyib.

İcra Hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə ilə əlaqə saxlasaq da, onlar əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Onu da bildirək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb. Qaraşovun adı mətbuatda dəfələrlə qalmaqallı hadisələrdə hallanıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt