Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Канал огней” teleqram kanalı yayıb.
Məlumata görə, sözügedən şəxslərdən 4-ü yaralıdır və onların müalicəsi üçün bütün lazımi tədbirlər görülüb.
Bildirilir ki, bu proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb. Erməni hərbçilərin yaxın zamanlarda Ermənistana təhvil verilməsi gözlənilir.
***
Azərbaycan 17 erməni hərbçini qarşı tərəfə təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Ermınistan MN qaytarılan hərbçilərin siyahısını da təqdim edib:
1. Mkrtçyan Şagen Ovhannesoviç
2. Jilavyan Karen Sarkisoviç
3. Karapetyan Erik Qarikoviç
4. Karapetyan Sasun Qraçikoviç
5. Oveyan Mesrop Arturoviç
6. Mxitaryan Vrej Qoroviç
7. Karapetyan David Armenoviç
8. Gevorkyan Rafael Aramoviç
9. Faroyan Aleksandr Surikoviç
10. Kubatyan Hraçya Edvardoviç
11. Gijlaryan Vahe Artakoviç
12. Yeqanyan Kajik Aramaisoviç
13. Şahinyan Tiqran Edqaroviç
14. Qriqoryan Sereja Abramoviç
15. Etumyan Vaaqn Albertoviç
16. Xaçatryan Qor Aramoviç
17. Henrik Sayadyan