Xalq artisti Elmira Şabanova vəfat etdi

XƏBƏR XƏTTİ
Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•Dağların qoynunda yenidən doğulan Kəlbəcər•İşğaldan azadlığa gedən yol•İranda saxta içkidən kütləvi zəhərlənmə – 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•Dağların qoynunda yenidən doğulan Kəlbəcər•İşğaldan azadlığa gedən yol•İranda saxta içkidən kütləvi zəhərlənmə – 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu•

Xalq artisti Elmira Şabanova vəfat edib.

Mecra.az “Oxu.az”a istinadən xəbər verir ki, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundada əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib.

Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.

Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.

“Azərbaycanfilm” kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə “Bədbəxtliyin astanasında” qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.

Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt