Siyasi, iqtisadi və diplomatik əlaqələrin möhkəmləndirilməsində yeni mərhələ

XƏBƏR XƏTTİ
Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki dövlət atrasında münasibətlərin yeni mərhələyə yüksəldilməsini rəsmiləşdirib.

Öncə qeyd edək ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə, eyni zamanda Böyük Britaniya ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir.

Bu sırada Birgə Bəyannamə kimi mühüm siyasi sənədlər dövlətlər arasında münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynaya bilər. Belə sənədlərdə qarşılıqlı maraqların qorunması, siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq məsələlərdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi əsas prioritetlər kimi çıxış edir.

Birgə Bəyannamədə hər iki dövlətin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi xüsusi vurğulanır. Dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi tərəflərin əsas öhdəliklərindən biri kimi müəyyənləşdirilir. Bu yanaşma beynəlxalq münasibətlərdə ədalətin, qarşılıqlı etimadın və sabitliyin qorunmasına xidmət edir.

Deyə bilərik ki, Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin tarixində mühüm hadisədir, strateji tərəfdaşlığın inkişaf etdirilməsi hər iki dövlətin maraqlarına uyğundur. .Bu sənəd uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və diplomatik əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə xidmət edir.

Eyvaz Məmmədov,  

YAP  Cəlilabad Rayon Təşkilatı, ADPU Ərazi Partiya Təşkilatının sədri

                                                                                                

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt