“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar

XƏBƏR XƏTTİ
Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•

Cari ilin yanvar–noyabr ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.

Mecra.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb.

Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub.

Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb.

Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir.





Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt