Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

XƏBƏR XƏTTİ
Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•

Lənkəranda yaşayış evində yanğın olub.

Mecra.az xəbər verir ki, hadisə şəhər mərkəzində Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, hadisə ümumi sahəsi 150 kvadratmetrə yaxın olan yaşayış evində baş verib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Küləkli hava isə alovun daha sürətlə yayılmasına şərait yaradıb. Əraziyə çağrılan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.

Qeyd edək ki, məlumata görə, evdə 3 ailə yaşayırmış. Hadisə zamanı evdə olan 8 nəfər, 5 böyük və 3 azyaşlı yanğından xilas olunublar.

Alovun qısa müddətdə bütün evi bürüməsi səbəbindən sakinlər özləri ilə heç bir əşya götürə bilməyib. (Qafqazinfo)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt