Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi

XƏBƏR XƏTTİ
Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•Azərbaycanda müəllim vəfat etdi•Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq – Siyahı•Cəlilabadda vəzifəli şəxs vəfat etdi – FOTO•Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir•Birinci kurs tələbəsi vəfat etdi•Polad Həşimovun anasının son durumu açıqlandı•Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək•“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı+Fotolar•

Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilib.

Mecra.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.

Yeni qanun kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtını tənzimləyir.

Belə ki, qeyd olunan məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun bəlli qaydalarına uyğun olaraq tənzimlənəcək.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə nizamlanacaq.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilib:

– istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;

– istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;

– istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;

– istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilib:

– istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;

– istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;

– istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.

Vurğulanır ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz.

Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib.

Bildirilib ki, cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz.

Dövlətimizin başçısı “Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt