Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir.
Mecra.az xəbər verir ki, Peşə bayramı münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və mərkəzin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad etmişdir.
Peşə bayramı münasibətilə kənd təsərrüfatı sahəsində çalışan bütün zəhmətkeşləri səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar və bol-bərəkətli mövsümlər arzulayırıq.
