Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR•Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat•Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb – FOTO•“44” filminin kinoteatr nümayişində rekord izləyici•Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB•Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR•Noyabrın ilk gününün havası açıqladı•Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı – Bunları etiraf etdi•Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR•Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat•Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb – FOTO•“44” filminin kinoteatr nümayişində rekord izləyici•Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB•Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR•Noyabrın ilk gününün havası açıqladı•Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı – Bunları etiraf etdi•

Görüşün məqsədi 2026-2027-ci tədris ilində keyfiyyət fəaliyyət planının icra vəziyyətini müzakirə etmək, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyənləşdirmək olub.

Mecra.az xəbər verir ki, görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, sektor əməkdaşları və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müzakirələr zamanı keyfiyyət fəaliyyət planının icrası ilə bağlı cari məsələlər, həmçinin IV, VI və IX siniflər üzrə ötən tədris ilinin nəticələri təhlil olunub. Nəticələrdən irəli gələn ehtiyaclar, şagirdlərin çətinlik çəkdiyi istiqamətlər və aşkar edilmiş boşluqların aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Bu çərçivədə tədris prosesində müvafiq təkmilləşdirmələrin aparılması, müəllimlərə metodiki dəstəyin gücləndirilməsi və şagirdlərin təlim nəticələrinin yüksəldilməsi istiqamətində atılacaq addımlar diqqətə çatdırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt